Bank Of Baku

Kobaxidze: Gürcüstan ABŞ-yə strateji tərəfdaşlığın konkret yol xəritəsi ilə bərpasını təklif edir

Gürcüstanın Baş naziri İrakli Kobaxidze

© APA | Gürcüstanın Baş naziri İrakli Kobaxidze

# 24 yanvar 2025 13:47 (UTC +04:00)

Biz Gürcüstan və ABŞ arasında strateji tərəfdaşlığın konkret yol xəritəsi ilə təmiz səhifədən bərpa edilməsini təklif edirik.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

O, ABŞ-nin də buna maraq göstərəcəyi təqdirdə, münasibətlərin yenidən qurulacağını qeyd edib.

“Ən vacibi budur ki, biz Gürcüstan-ABŞ münasibətlərini bərpa etməyə tam hazırıq. Üstəlik, biz ABŞ-yə təklif edirik ki, Gürcüstan və ABŞ arasında strateji tərəfdaşlıq konkret yol xəritəsi ilə təmiz səhifədən bərpa edilsin. Amerikadan da eyni maraq olarsa, təbii ki, münasibətlər yenidən qurulacaq. Biz ABŞ-nin prezident administrasiyasının mövqeyini gözləyəcəyik”, - Kobaxidze bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR