Türkiyənin Konya vilayətində iki avtomobilin toqquşması nəticəsində 7 nəfər ölüb.
APA-nın yerli bürosundan verilən xəbərə görə, hadisə gecə saatlarında baş verib. Ölən 7 nəfərdən 4-ü qadındır.
Hadisə yerində olan Ədalət və İnkişaf Partiyasının (AKP) Konya millət vəkili Əhməd Sorğun bildirib ki, qəzanın səbəbi araşdırılır.