Bank Of Baku

Kuleba: Aİ-nin Ukrayna üçün birgə sursat alınması qərarını reallaşdırmaması məyusedicidir

Ukrayna  xarici işlər naziri Dmitri Kuleba

© APA | Ukrayna xarici işlər naziri Dmitri Kuleba

# 20 aprel 2023 17:43 (UTC +04:00)

"Aİ-nin Ukrayna üçün birgə sursat alınması ilə bağlı qərarını həyata keçirə bilməməsi məyusedicidir".

APA xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba "Twitter" hesabında bildirib.

"Bu, Aİ-nin yeni mühüm təhlükəsizlik qərarları qəbul edərkən strateji sərbəstliyə malik olub-olmamasını yoxlamaq üçün testdir. Ukrayna üçün hərəkətsizliyin bədəli insan həyatı ilə ölçülür", Kuleba qeyd edib.

Qeyd edək ki, aprelin 19-da "Politico" nəşri məqaləsində bildirib ki, Fransa və Polşa rəsmiləri arasında Ukrayna üçün sursat tədarükü ilə bağlı təfərrüatlarda fikir ayrılığı yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR