“La7” telekanalının efirində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Kiyevin münaqişəni uzun illər davam etdirməyə hazır olduğunu açıqlayıb.
Bu barədə APA UNİAN-a istinadən xəbər verir.
Diplomat qeyd edib ki, sorğu zamanı ukraynalıların 60%-i illər boyu müqavimət göstərməyə hazır olduqlarını bildiriblər. Kuleba əlavə edib ki, o, hər gün çalışır ki, münaqişə mümkün qədər tez bitsin.