Bank Of Baku

Kuleba Ukraynanın NATO-ya qəbul edilməməsini Avropa üçün intihar adlandırıb

Kuleba Ukraynanın NATO-ya qəbul edilməməsini Avropa üçün intihar adlandırıb
# 01 iyul 2023 03:55 (UTC +04:00)

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Ukraynanın NATO-ya qəbul edilməməsini Avropa üçün intihar adlandırıb.

APA xəbər verir ki, o, bu barədə Almaniyanın "Welt" telekanalına müsahibəsində bildirib.

Kulebanın sözlərinə görə, müharibə bitdikdən sonra Ukraynanı Şimali Atlantika Alyansına qəbul etməmək Avropa üçün intihardır.

Nazirin fikrincə, bu, Avropanın müharibə ehtimalının daima başının üstündə qalacaq demək olacaq.

Kuleba belə bir anlaşılmazlıq və qərəz fəslini geridə qoymağa çağırış edib.

Bundan əvvəl Ukrayna Prezidentinin Aparatının rəhbərinin müavini İqor Jovkva bildirmişdi ki, Vladimir Zelenski NATO-nun Vilnüsdə keçiriləcək sammitinə ancaq Ukrayna oradakı alyansa dəvət ediləcəyi təqdirdə gedəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR