Bank Of Baku

Kuleba Ukraynaya antidron sistemləri göndərilməsinə dair bəyanata görə NATO-ya təşəkkür edib

Dmitri Kuleba

© APA | Dmitri Kuleba

# 18 oktyabr 2022 20:16 (UTC +04:00)

Ukrayna XİN PUA hücumundan müdafiə sistemlərini təchiz etmək planına görə NATO-ya təşəkkür edib.

APA-nın xəbərinə görə, Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba Tvitterdə bununla bağlı paylaşım edib.

“Mən NATO-nun yaxın günlərdə Ukraynaya PUA hücumundan müdafiə sistemləri çatdırmağı planlaşdırması ilə bağlı Baş katib Yens Stoltenberqin bəyanatını alqışlayıram. Bizim müzakirə etdiyimiz və istədiyimiz də budur. Ukrayna üçün bu, daha çox xilas edilmiş həyat və daha yaxşı qorunan enerji infrastrukturu deməkdir. Təşəkkürlər, NATO” – deyə diplomat vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR