Latviya Prezidenti Egils Levits Gürcüstanın həbsdə olan üçüncü Prezidenti Mixeil Saakaşvili ilə bağlı Gürcüstan hökumətinə çağırış edib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, Latviya Prezidenti “Tvitter” paylaşımında Gürcüstan hökumətini sabiq Prezident Mixeil Saakaşvilinin hüquqlarını tam təmin etməyə çağırıb.
“Mən Gürcüstan rəsmilərini Gürcüstanın beynəlxalq öhdəliklərinə uyğun olaraq sabiq Prezident Mixeil Saakaşvilinin zəruri tibbi müalicəsi da daxil olmaqla hüquqlarını tam təmin etməyə çağırıram”, - deyə paylaşımda qeyd edilib.