Bank Of Baku

Litva NATO-dan hibrid təhdidlərlə mübarizə aparmaq üçün mütəxəssislər göndərməsini istəyib

Litva NATO-dan hibrid təhdidlərlə mübarizə aparmaq üçün mütəxəssislər göndərməsini istəyib
# 04 dekabr 2025 22:25 (UTC +04:00)

Vilnüs Şimali Atlantika Alyansından (NATO) hibrid təhdidlərlə mübarizə aparmaq üçün Litvaya mütəxəssislər göndərməsini istəyib.

APA xəbər verir ki, Litvanın xarici işlər naziri Kestutis Budris NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığı zamanı ölkəsinin istəyini ona bildirib.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, bu addımın səbəbi Belarusun atdığı addımlar olub.

"Belarus hökuməti qəsdən və şüurlu şəkildə mülki aviasiyaya müdaxilə edir, cəmiyyətdə çaşqınlıq yaradır, şantaj edir və dezinformasiya yayır. Belarus ərazisində Avropa şirkətlərinə məxsus əmlakı ələ keçirib saxlayır", - Litvanın XİN rəhbəri bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR