Bank Of Baku

Litva ordusu HIMARS sistemləri, özüyeriyən haubitsalar, PDM alacaq

Litva ordusu HIMARS sistemləri, özüyeriyən haubitsalar, PDM alacaq
# 03 aprel 2023 18:26 (UTC +04:00)

Litva hökuməti ölkənin Silahlı Qüvvələri üçün HIMARS uzunmənzilli raket artilleriya sistemləri, özüyeriyən haubitsalar, piyada döyüş maşınları (PDM) və pilotsuz uçuş aparatları (PUA) alacaq.

APA xəbər verir ki, bu barədə ordu komandanlığı məlumat yayıb.

Komandanlıqdan haqqında sözügedən texnikanın yeni yaradılacaq diviziya üçün sifariş olunacağı bildirilsə də, onların alınma vaxtını dəqiqləşdirməyib.

Həmçinin qeyd olunub ki, tank, artilleriya, kəşfiyyat, mühəndis batalyonlarının formalaşdırılması məsələsi nəzərdən keçirilir və yaradılacaq diviziya HIMARS uzunmənzilli raket artilleriya sistemləri, “Caesar” uzaqmənzilli özüyeriyən təkərli haubitsalar, “Vilkas” piyadaların döyüş maşınları, kəşfiyyat və zərbə PUA-ları əldə edəcək.

Qeyd edək ki, hazırda Litva ordusunda ən böyük hərbi birləşmə briqadadır.

Diviziyanın yaradılması 2030-cu ilə planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR