Bank Of Baku

Macarıstan Aİ-dən Ukraynanı Rusiyadan qaz tranzitini bərpa etməyə inandırmasını tələb edib

Macarıstan Aİ-dən Ukraynanı Rusiyadan qaz tranzitini bərpa etməyə inandırmasını tələb edib
# 24 yanvar 2025 13:11 (UTC +04:00)

Macarıstan Baş naziri Viktor Orban Avropa İttifaqından Ukraynanı Rusiyadan Avropaya qaz tranzitini bərpa etməyə inandırmasını tələb edib.

APA xəbər verir ki, bu barədə Orban “Kossuth Radiosu”nda bildirib.

Orban Macarıstanın hələ ki Rusiya ilə bağlı sanksiyaların uzadılmasına dəstəklə bağlı qərar vermədiyini bildirib.

Orban sanksiyaların Macarıstana 19 milyard avro ziyan vurduğunu iddia edib və Ukraynanın Rusiyadan Avropaya qaz axınını dayandırmasını tənqid edib.

O, həmçinin Aİ xarici işlər nazirlərinin bazar ertəsi sanksiyaların uzadılmasını müzakirə edəcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR