Macarıstan Brüsselin miqrant kvotasını qəbul etmir.
APA xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban "Kossuth" radiosunun "Sabahın xeyir, Macarıstan" proqramına müsahibəsində deyib.
O, miqrant kvotalarının yenidən tətbiqi ilə bağlı bildirib ki, Macarıstan və Polşa tədbirin əleyhinə səs verib. "Bir neçə ölkə bununla razılaşmadıqlarını və bunu həyata keçirmək istəmədiklərini bildirdilər", - o əlavə edib.
“İndiyədək ictimai müzakirələr sərhədlərin mühafizəsi ilə bağlı idi, lakin indi məcburi kvota ilə bağlı qərar qəbul edilib və Brüssel bizə neçə miqrantın paylanacağını söyləyir", - Baş nazir bildirib.
Baş nazir bu qaydanın həyata keçirilməməsi üçün yollar axtardığını deyib: "Sərhəd mühafizəsi ilə bağlı xərclərin olduğunu qəbul edib, yükü bölüşmək əvəzinə, biz cəzalandırılırıq".
"Soros imperiyası miqrasiya təşkil edir və miqrantlar kvota ilə açıq dəvət aldıqları üçün daha da aqressivləşirlər. Yayda biz böyük miqrant axını ilə mübarizə aparmalı olacağıq", - o xəbərdarlıq edib.