Macarıstan İsveçlə hərbi məsələlərlə bağlı müqavilə imzalamağı planlaşdırır

Macarıstan İsveçlə hərbi məsələlərlə bağlı müqavilə imzalamağı planlaşdırır
# 23 fevral 2024 12:45 (UTC +04:00)

Macarıstan İsveçlə hərbi məsələlərlə bağlı müqavilə imzalamağı planlaşdırır.

APA xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban “Kossuth” radiostansiyasının səhər proqramında çıxışı zamanı deyib.

Orban ikitərəfli razılaşmanın nədən ibarət olacağını açıqlamayıb.

Qeyd edək ki, İsveçin Baş naziri Ulf Kristersson Macarıstanın Baş naziri Viktor Orbanla ölkəsinin NATO-ya üzvlük məsələsini müzakirə etmək üçün bu gün bu ölkəyə səfər edəcək.

Orban qeyd edib ki, səfər İsveçin NATO-ya üzv olması ilə bağlı sazişin Macarıstan parlamenti tərəfindən ratifikasiyası ərəfəsində baş tutacaq.

Xatırladaq ki, bir müddət əvvəl macar mediasında ölkənin Hərbi Hava Qüvvələri tərəfindən İsveç istehsalı olan “Gripen” qırıcılarının istifadə oluna biləcəyinə dair məlumatlar yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR