Bank Of Baku

Macarıstan müxalifəti Ukraynanın Aİ-yə sürətləndirilmiş üzvlüyünü dəstəkləmir

Macarıstanda müxalifət lideri- Peter Maqyar

© APA | Macarıstanda müxalifət lideri- Peter Maqyar

# 16 fevral 2026 12:36 (UTC +04:00)

Macarıstan müxalifəti Ukraynanın Avropa İttifaqına sürətləndirilmiş üzvlüyünü dəstəkləmir.

APA xəbər verir ki, bunu Macarıstanda müxalif “Tisza” partiyasının lideri Peter Maqyar deyib.

O bildirib ki, Polşa Baş naziri Donald Tusk və digər Avropa liderləri bu məsələdə həmfikirdirlər.

“Aİ liderlərinin bir çoxunun mövqeyi budur ki, bütün namizəd ölkələr Aİ-yə qəbul edilməzdən əvvəl Kopenhagen meyarlarına cavab verməlidir”,- Maqyar bildirib.

Qeyd edək ki, Kopenhagen meyarları 1993-cü ildə qəbul edilib. Namizəd ölkələrin Avropa İttifaqının üzvü olması üçün yerinə yetirməli olduqları şərtlərə istinad edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR