Bu gün Macarıstan Milli Assambleyası İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı müzakirələrə başlayır.
APA xəbər verir ki, bu barədə Macarıstan Prezidenti Katalin Novak bildirib.
"Bu, ciddi nəticələrə səbəb olan mürəkkəb bir qərardır, ona görə də diqqətlə düşünmək lazımdır.
Mənim mövqeyim aydındır: indiki vəziyyətdə İsveç və Finlandiyanın qoşulması qərarı haqlıdır. İnanıram ki, Milli Assambleya ən qısa zamanda müdrik qərar verəcək!", - o qeyd edib.