Bank Of Baku

Macarıstan Ukraynanın kənd təsərrüfatı məhsullarının tranzitini davam etdirir

Macarıstan Ukraynanın kənd təsərrüfatı məhsullarının tranzitini davam etdirir
# 16 aprel 2023 22:45 (UTC +04:00)

Macarıstan Ukrayna kənd təsərrüfatı məhsullarının tranzitini təmin etməyə davam edəcək.

APA-nın məlumatına görə, bu barədə bazar günü Ukraynanın Aqrar Siyasət və Ərzaq Nazirliyi departamentin rəhbəri Mikola Solski ilə macar həmkarı İştvan Naqi arasında onlayn görüşdən sonra məlumat verib.

Tərəflər Ukraynanın kənd təsərrüfatı məhsullarının Macarıstana ixracı ilə bağlı vəziyyəti müzakirə ediblər.

Solski Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracına dair razılaşmaların əldə edilməsi üçün danışıqların davam etdirilməsinin zəruriliyini və birtərəfli qərarların qəbuledilməzliyini qeyd edib.

Macarıstanın kənd təsərrüfatı naziri öz növbəsində Ukraynanın kənd təsərrüfatı məhsullarının tranzitinin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR