Bank Of Baku

Macarıstan və Polşa Ukraynadan Aİ-yə taxıl tədarükü qadağasını uzatmağı təklif edib

Macarıstan və Polşa Ukraynadan Aİ-yə taxıl tədarükü qadağasını uzatmağı təklif edib
# 23 iyun 2023 03:05 (UTC +04:00)

Macarıstan və Polşa sentyabrın 15-dək qüvvədə olan Ukraynadan Aİ ölkələrinə taxıl tədarükünə qoyulan qadağanın uzadılmasının tərəfdarıdır.

APA xəbər verir ki, bu barədə Macarıstanın kənd təsərrüfatı naziri İştvan Nad polşalı həmkarı Robert Telusla Varşavada danışıqlardan sonra bildirib.

O xatırladıb ki, bundan əvvəl Avropa Komissiyası sentyabrın ortalarına qədər Ukrayna taxıl və yağlı bitkilərin idxalına embarqo qoyub. Beş ölkənin - Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiyanın birgə fəaliyyəti sayəsində Ukraynadan Aİ-yə buğda, qarğıdalı, kolza və günəbaxan toxumlarının idxalı qadağan edilib. "İndi biz sərhədlərimizi və fermerlərimizi milli deyil, Aİ-nin birgə tədbirləri ilə qoruya bilərik. Lakin bu, sentyabrın 15-dək davam edəcək müvəqqəti vəziyyətdir", - Nağı Kənd Təsərrüfatı Nazirliyinin saytında bildirib.

Macarıstanlı nazirin sözlərinə görə, onlar polşalı həmkarı ilə qadağanın müddətinin uzadılmasını razılaşıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR