Bank Of Baku

Makron III Çarlzın tacqoyma mərasimində iştirak edəcək

Kral III Çarlz - Emmanuel Makron

© APA | Kral III Çarlz - Emmanuel Makron

# 17 aprel 2023 14:44 (UTC +04:00)

Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasimində iştirak edəcək.

APA xəbər verir ki, bu barədə Böyül Britaniyanın “The Times” gündəlik qəzeti yazıb.

Qeyd edilib ki, tacqoyma mərasimi 2 min nəfərin iştirakı ilə Londondakı Vestminster abbatlığında (Westminster Abbey) 6 may tarixində keçiriləcək.

“Əlahəzrət kral, kraliça-konsort (red. - kralın həyat yoldaşı) və Britaniya xalqı ilə bizim aramızda güclü dostluq, hörmət və ehtiram mövcuddur”, - nəşr Makronun dediklərindən sitat gətirib.

Nəşr həmçinin fransız diplomatik mənbəsinə istinad edərək qeyd edib ki, Böyük Britaniya ilə münasibətlərin Fransa hakimiyyəti üçün çox böyük əhəmiyyəti var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR