Bank Of Baku

Makron Kiyevə gəlib

Emmanuel Makron

© APA | Emmanuel Makron

# 08 fevral 2022 14:24 (UTC +04:00)

Fransa Prezidenti Emmanuel Makron Kiyevə gəlib.

APA-nın xəbərinə görə, bu barədə Fransanın Ukraynadakı səfiri Etienne de Poncins "Twitter"də bildirib.

Onun sözlərinə görə, Fransa və Ukrayna prezidentləri arasında görüş keçiriləcək.

Prezident Makronu müşayiət edən xarici işlər naziri də ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşəcək.

Xatırladaq ki, Fransa Prezidenti dünən Moskvada səfərdə olub, o, Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR