Bank Of Baku

Makron NATO-nun “koma”da, Avropanın isə “uçurumun kənarında” olduğunu bildirib

Makron NATO-nun “koma”da, Avropanın isə “uçurumun kənarında” olduğunu bildirib
# 08 noyabr 2019 08:27 (UTC +04:00)


Fransa Prezidenti Emmanuel Makron NATO-nun ABŞ və müttəfiqləri, xüsusən də Türkiyə arasında strateji qərarlar qəbul edə bilməməsi səbəbindən “koma”da olduğunu bildirib.

APA INTERFAX-a istinadla xəbər verir ki, Fransa prezidenti bu barədə İngiltərənin “The Economist” jurnalına müsahibəsində bildirib. 

Nəşrin yazdığına görə, Makron qeyd edib ki, ilk növbədə NATO-nun strateji hədəflərinin nədən ibarət olduğunu aydınlaşdırmaq lazımdır.

Fransa prezidenti Avropanın "uçurumun kənarında" olduğunu və yenidən Avropa ölkələrinin müdafiə imkanlarını "inkişaf etdirməyin" vacibliyini söyləyib.

Makron oktyabr ayında Suriyanın şimal-şərqində Türkiyənin həyata keçirdiyi hərbi əməliyyatları və bu fonda baş verən hadisələri Qərbin və NATO-nun səhvi kimi dəyərləndirib. 

Qeyd edək ki, həmin vaxt Estoniya Baş Nazirinin səlahiyyətlərini icra edən və daxili işlər naziri Mart Helme də ABŞ qoşunlarının Suriyadan çıxarılmasını və Suriyanın şimal-şərqində Türkiyənin hərbi əməliyyatlara başlamasını NATO-nu iflic etdiyini söyləmişdi.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR