Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinin dialoq istəyi olarsa, onunla danışmağa hazır olduğunu bildirib.
APA xəbər verir ki, bunu Makron bu gün “France 24” telekanalına müsahibəsində deyib.
Makron əlavə edib ki, hazırda onun özünün Putinə zəng etməsi üçün heç bir əsas yoxdur: “Özümün zəng etməyim üçün heç bir səbəbim yoxdur. Ukrayna əks-hücum həyata keçirir və ümid edirəm ki, Ukraynanın şərtləri əsasında danışıqların vaxtı gəlib çatacaq. Putin özü mənə zəng edib hər hansı təklif irəli sürsə, dialoq baş tutacaq, çünki Fransa həmişə vasitəçi ölkə olub”, - Fransa lideri bildirib.
Makronun sözlərinə görə, hazırkı vəziyyətdə dialoqun bərpası o halda mümkündür ola bilər ki, sülh şəraitində yaşamaq imkanını təmin edən beynəlxalq hüququn tələbləri yerinə yetirilsin.