Bank Of Baku

Maliyyə naziri: ABŞ Ukraynaya 1,2 milyard dollar ayırıb - YENİLƏNİB

Maliyyə naziri: ABŞ Ukraynaya 1,2 milyard dollar ayırıb - YENİLƏNİB
# 27 fevral 2023 21:42 (UTC +04:00)

ABŞ hakimiyyəti Ukraynaya 10 milyard dollarlıq büdcə dəstəyinin 1,2 milyard dollarını Kiyevə çatdırıb, qalan vəsait yaxın aylarda köçürüləcək.

APA-nın məlumatına görə, bunu Zelenski ilə görüşdən sonra jurnalistlərə ABŞ-ın maliyyə naziri Canet Yellen deyib.

"Mən əlavə 1,2 milyard dolların transferini elan etməkdən məmnunam. Bu, ABŞ-ın yaxın aylarda köçürəcəyi 10 milyard dollarlıq birbaşa büdcə dəstəyinin ilk tranşıdır", - Yellen bildirib.

Nazir həmçinin əmin edib ki, Vaşinqton Kiyevi “nə qədər lazımdırsa” dəstəkləyəcək.

***

20.51

Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə ABŞ-ın maliyyə naziri Canet Yelleni qəbul edib.

APA-nın xəbərinə görə, o, Rusiyaya qarşı sanksiyalara görə təşəkkür edib, lakin onların sərtləşdirilməsinə ehtiyac olduğunu vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR