Bank Of Baku

Mette Frederiksen: NATO-nun Baş katibi vəzifəsinə namizəd deyiləm

Mette Frederiksen: NATO-nun Baş katibi vəzifəsinə namizəd deyiləm
# 31 may 2023 16:08 (UTC +04:00)

Danimarkanın Baş naziri Mette Frederiksen NATO-nun Baş katibi vəzifəsinə namizəd olmadığını bildirib.

APA “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Frederiksen özü bildirib.

Nəşrin məlumatına əsasən, Frederiksenin adı NATO-nun Baş katibi vəzifəsinə namizədlər siyahısında yoxdur.

“Mən bu vəzifəyə namizəd deyiləm”, - deyə Danimarkanın hökumət başçısı bildirib.

Qeyd edək ki, yaxın günlərdə “Politico” nəşri NATO-nun yeni Baş katibi vəzifəsinə Frederiksenin namizədliyinin nəzərdən keçirildiyini yazıb.

Xatırladaq ki, Alyansın hazırkı Baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti bu il sentyabrın sonunda başa çatır və ola bilsin ki, o, daha bir neçə ay - müttəfiq ölkələr yeni təyinat barədə razılığa gələnə qədər vəzifəsində qalsın.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR