Avropa İttifaqının səfirləri Moldovada Aİ-nin Mülki Missiyasının yaradılması barədə razılığa gəliblər.
APA xəbər verir ki, bu barədə "Azadlıq Radiosu"nun Avropa bürosunun redaktoru Rikard Yozviak "Twitter"də bildirib.
O əlavə edib ki, aprelin 24-də Avropa İttifaqının xarici işlər nazirləri bu qərarı təsdiqləyəcəklər.
Qeyd edək ki, Missiyanın yaradılmasının məqsədi Moldovaya Rusiyanın bu ölkə üçün yaratdığı hibrid təhdidlərin öhdəsindən gəlmək üçün kömək etməkdir.