Bank Of Baku

Monteneqroda prezident seçkilərində Yakov Milatoviç qalib gəlib

Monteneqroda prezident seçkilərində Yakov Milatoviç qalib gəlib
# 03 aprel 2023 04:42 (UTC +04:00)

Monteneqroda keçirilən prezident seçkilərinin ikinci turunda sabiq iqtisadiyyat naziri, Avropa Hərəkatının rəhbəri Yakov Milatoviç seçicilərin 60 faizinin səsini toplayaraq qalib olub.

APA xəbər verir ki, Monteneqronun hazırkı Prezidenti Milo Cukanoviçin səs nisbəti isə 40 faizdir. Müşahidə və Tədqiqat Mərkəzinin (CEMI) açıqladığı nəticələrə görə, səslərin 98 faizi hesablanıb, seçkidə seçici fəallığı isə 70,6 faiz olub.

37 yaşlı Yakov Milatoviç seçki kampaniyasında ölkədə həyat səviyyəsinin yüksəldilməsinin və Avropa İttifaqı ilə münasibətlərin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, hazırkı Prezident Milo Cukanoviçin səlahiyyət müddəti mayın 19-da başa çatır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR