"Polşa ABŞ ilə bütün səviyyələrdə strateji tərəfdaşlıq təklif edir".
APA "polskieradio.pl"a istinadən xəbər verir ki, bunu Vaşinqtonda səfərdə olan Polşa Baş naziri Mateuş Moravietski Polşa mediasına açıqlamasında deyib.
O bildirib ki, bu təklif ABŞ tərəfindən yaxşı qarşılanıb.
Moravietski, Polşanın "ən geniş mənada Trans-Atlantik ittifaqı" müdafiə etdiyini bildirib və bunun Polşa və bütün Avropa üçün son dərəcə vacib olduğunu vurğulayıb.
"Vaşinqton ABŞ-ın Avropada Polşa qədər onlara yaxın olan müttəfiqlərinin az olduğunu başa düşür. Polşa və ABŞ arasında sıx əlaqələr Rusiya imperializminə qarşı ən yaxşı peyvənddir", - o deyib.