Bank Of Baku

NATO Baş katibi İrana çağırış edib

İsveç Baş naziri Ulf Kristersson, NATO Baş katibi Yens Stoltenberq

© APA | İsveç Baş naziri Ulf Kristersson, NATO Baş katibi Yens Stoltenberq

# 20 oktyabr 2022 13:03 (UTC +04:00)

NATO Baş katibi Yens Stoltenberq İrana çağırış edib.

APA xəbər verir ki, bu barədə Stoltenberq İsveç Baş naziri Ulf Kristerssonla görüşdən sonra keçirilən birgə mətbuat konfransında İranın Rusiyanı kamikadze dronlarla təchiz etməsi barədə sualı cavablandırarkən deyib.

"Mən hər hansı kəşfiyyat məlumatı verməyəcəyəm, lakin onu deyə bilərəm ki, bütün nişanələr İranı göstərir. İran da daxil olmaqla bütün ölkələrə çağırış edirik ki, Rusiyanın Ukraynaya qarşı qanunsuz müharibəsinə dəstək verməsinlər", o deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR