NATO Baş katibi Yens Stoltenberq Kiyevdədir.
APA xəbər verir ki, bu barədə Ukraynanın “Kyiv İndependent” nəşri məlumat yayıb. Stoltenberq müharibədə həlak olan ukraynalı əsgərlərə ehtiramını bildirdiyi və Kiyevin mərkəzi meydanında nümayiş etdirilən məhv edilmiş Rusiya hərbi texnikasına baxdığı bildirilib.
Xatırladaq ki, 2022-ci ilin fevralından başlayan Rusiyanın genişmiqyaslı hücumundan sonra Stoltenberq ilk dəfədir ki Kiyevə səfər edir.