NATO-nun xarici işlər nazirləri Ukrayna və Kosovodakı vəziyyəti müzakirə edəcəklər

NATO-nun xarici işlər nazirləri Ukrayna və Kosovodakı vəziyyəti müzakirə edəcəklər
# 31 may 2023 06:47 (UTC +04:00)

Ukrayna və Kosovodakı vəziyyət NATO ölkələrinin xarici işlər nazirlərinin Osloda keçiriləcək ikigünlük görüşünün əsas mövzuları olacaq.

APA xəbər verir ki, çərşənbə günündə başlayacaq görüş qeyri-rəsmi xarakter daşıyır, ona görə də onun proqramının qalan hissəsi rəsmən elan edilməyib. Lakin Brüsseldəki diplomatik mənbələr və Avropa KİV-in məlumatına görə, iştirakçılar, həmçinin alyansın iyulda Vilnüsdə keçiriləcək sammitinə hazırlıq və hərbi xərclərin artırılması məsələlərini müzakirə edəcəklər.

“Politico” qəzetinin yazdığına görə, görüşdə, hərbi münaqişə səbəbindən alyansa daxil ola bilməyən Ukraynaya Vilnüs sammitində nə vəd edilə biləcəyi məsələsi də diqqətdə olacaq.

Görüş zamanı NATO-nun Ukraynaya gələcək hərbi yardımı da müzakirə ediləcək. 2022-ci ilin fevral ayının sonundan indiyədək alyansın heç bir iclası bu mövzu müzakirə olunmadan keçirilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR