Bank Of Baku

Nazir: Müharibədə Ukraynanın nəqliyyat infrastrukturuna 10 milyard dollar dəyərində ziyan dəyib - VİDEO

Nazir: Müharibədə Ukraynanın nəqliyyat infrastrukturuna 10 milyard dollar dəyərində ziyan dəyib - VİDEO
# 08 mart 2022 13:45 (UTC +04:00)

Müharibə nəticəsində Ukraynanın nəqliyyat infrastrukturuna dəyən ziyan 10 milyard dollardan çoxdur.

APA bildirir ki, bu barədə Rada telekanalının efirində Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov bildirib.

Nazir deyib ki, keçən həftənin sonunda yalnız nəqliyyat infrastrukturuna aid olan itkiləri hesablayıblar:

“Söhbət yollardan, körpülərdən, dəmir yollarından və hava limanlarımızın atəşə tutulması zamanı zədələnmiş texnikadan gedir. Ötən həftənin sonunda bu rəqəm 10 milyard dolları ötüb”.

Kübrakovun sözlərinə görə, obyektlərin əksəriyyəti bir ilə, ən mürəkkəb və böyük komplekslər isə maksimum iki ilə qədər bərpa olunacaq:

“Əlbəttə, bu faciə bizim deyil, bu müharibə bizim deyil – Ukrayna bütün sivil dünyanın maraqlarını müdafiə edir. Biz də bu ölkəni yalnız öz gücümüzlə bərpa etməyəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR