Bank Of Baku

Niderland parlamentinin binası şübhəli bağlamaya görə boşaldılıb

Niderland parlamentinin binası şübhəli bağlamaya görə boşaldılıb
# 13 aprel 2023 15:37 (UTC +04:00)

Niderland parlamentinin aşağı palatası, şübhəli vəziyyətlə əlaqədar qismən boşaldılıb.

APA xəbər verir ki, Haaqa polisi "Twitter"də bu barədə bildirib.

Qeyd olunub ki, polis binada "şübhəli vəziyyəti" araşdırıb.

"Ərazi mühasirəyə alınıb, Partlayıcı Maddələrin Təhlükəsizliyi Qrupu digərləri ilə birlikdə araşdırma aparır", - polis bildirib.

AD qəzetinə görə, binanın poçt otağında şübhəli bağlama tapılıb. Binanın mühafizəsi binadakı bütün görüşləri dayandırıb. Deputatlardan və orada olan digər şəxslərdən otaqları tərk etmək xahiş olunub.

Daha sonra Haaqa polisi "Twitter" hesabındakı paylaşımında bildirib ki, şübhəli paket araşdırılıb və artıq binada fəaliyyət bərpa olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR