Niderlandda qatarın relsdən çıxması ilə baş verən qəza nəticəsində bir nəfər həlak olub.
APA TASS-a istinadən xəbər verir ki, 30 nəfərin isə müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.
***
08:30
Niderlandda qatarın relsdən çıxması nəticəsində bir neçə nəfər xəsartə alıb.
APA TASS-a istinadən xəbər verir ki, hadisə Cənubi Hollandiya əyalətində qeydə alınıb.
Zərərçəkənlərdən bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir. Qəzaya səbəb qatarın tikinti texnikası ilə toqquşması olub.