Niderland vətəndaşlarının ilk qrupu Fransa təyyarəsi ilə Sudanı tərk edib. APA-nın xəbərinə görə, bu barədə bazar günü ölkənin xarici işlər naziri Vopke Hoekstra bildirib.
Nazirin sözlərinə görə, “söhbət bir neçə” ölkə vətəndaşından gedir. Diplomat onların dəqiq sayını açıqlamayıb. Daha bir qrup niderlandlı isə BMT avtomobil karvanı ilə Xartumu tərk edib. Ümumilikdə Niderland 150-yə yaxın vətəndaşını Sudandan təxliyə etməyi planlaşdırır.