Bank Of Baku

Norveç və Danimarka Ukraynaya sursat yardımı göndərir

Norveç və Danimarka Ukraynaya sursat yardımı göndərir
# 16 iyun 2023 01:37 (UTC +04:00)

Norveç və Danimarka Ukraynaya yeni sursat paketini göndərirlər.

APA xəbər verir ki, Norveç və Danimarka birgə səylərlə Ukraynaya bir neçə növ artilleriya silahı, o cümlədən ABŞ-nin M109 özüyeriyən artilleriya qurğularında istifadə edilə bilən əlavə 9 min mərminin verilməsi barədə razılığa gəliblər.

Razılaşmaya görə, Norveç Ukraynanı mərmi, Danimarka isə partlayıcılar və güllələrlə təmin edir. Norveç, həmçinin müdafiə ordusunun ehtiyatlarından 7 min patron göndərəcək. Öz növbəsində, Danimarka tərəfi əvvəllər Ukraynaya təhvil verilmiş artilleriya və silahlar üçün təxminən 2 min mərmi təhvil verməyi öhdəsinə götürüb.

Silahların Ukrayna tərəfinə verilməsinə artıq başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR