Bank Of Baku

NYT: Cenevrədəki danışıqlardan sonra ruslar Budanova Moskvaya getməyi təklif edib

Ukrayna Prezident Ofisinin rəhbəri Kiril Budanov

© APA | Ukrayna Prezident Ofisinin rəhbəri Kiril Budanov

# 04 sentyabr 2026 16:51 (UTC +04:00)

Bu ilin əvvəlində sülh danışıqlarının növbəti raundu başa çatdıqdan sonra Rusiya tərəfi gözlənilmədən Ukrayna nümayəndə heyətinə danışıqları Moskvada davam etdirməyi təklif edib.

Bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

“Mən hərbi kəşfiyyat zabitiyəm. Bütün həyatım boyu dialoq və kommunikasiyalarda olmuşam. Mənim üçün bu çətin deyil”, - Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov deyib.

Budanov Trampın hakimiyyətə gəlməsindən sonra danışıqların başladığını, lakin ABŞ və İsrailin İrana hücumundan sonra Vaşinqtonun diqqətinin İrana yönəldiyini bildirib.

Onun sözlərinə görə, bununla belə, Rusiya ilə pərdə arxasında danışıqlar davam edib.

O, Ukraynaya Donbassın “Sülh Palatası” tərəfindən idarə olumasının təklif edildiyini və ya Donbasda müştərək Rusiya-Ukrayna mülki administrasiyasının yaradılması fikrinin irəli sürüldüyünü qeyd edib.

Budanov Zelenskiyə Donbass üzərində güzəştə getməməyi tövsiyə etdiyini diqqətə çatdırıb. Onun fikrincə, əgər bu baş versə idi, Rusiya hərbi yolla əldə edə bilmədiyini asan yolla qazanacaqdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR