Ukraynanın Odessa limanından çıxan gəmi İstanbul boğazına çatıb.
APA xəbər verir ki, bu barədə Türkiyə Milli müdafiə Nazirliyi məlumat yayıb.
"Dünən Ukraynanın Odessa limanından yola düşən qarğıdalı ilə yüklənmiş “RAZONİ” yük gəmisi İstanbul Boğazında Qara dənizin girişinə çatıb və ona ayrılan yerdə lövbər salıb",-deyə məlumatda bildirilir.