Bank Of Baku

Ömər Çelik: Münaqişənin həlli 1967-ci ilin sərhədləri çərçivəsində Fələstin dövlətinin qurulmasıdır

Ömər Çelik: Münaqişənin həlli 1967-ci ilin sərhədləri çərçivəsində Fələstin dövlətinin qurulmasıdır
# 18 oktyabr 2023 17:40 (UTC +04:00)

İsrail və Fələstin münaqişəsinin həlli qarant ölkələrin dəstəyi ilə 1967-ci ilin sərhədləri çərçivəsində Fələstin dövlətinin qurulmasıdır.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin hakim AK Partiyasının sözçüsü Ömər Çelik bildirib.

O, bəzi Qərb ölkələrinin “Türkiyənin tərəf seçməsinin lazım olduğuna” dair açıqlamalarına cavabında “Türkiyə insanlıq və ədalətli sülhün tərəfdarıdır, insanların qətli, xəstəxanaların vurulmasına qarşıdır”, deyə qeyd edib.

Çelik, Qəzzanın bombalanmasının dayandırılmasının lazım olduğunu vurğulayıb:

"İsrailin Qəzzanı insansız bir torpaq parçasına döndərməsi, fələstinlilərin Qəzzanı tərk etməyə məcbur edilməsi insan haqlarının ən kobud şəkildə pozulmasıdır. Əsas məsələ işğala son qoyulmaqdır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR