Bank Of Baku

Orban: Rusiya Avropaya hərbi təhdid yaratmır

Macarıstanın Baş naziri Viktor Orban

© APA | Macarıstanın Baş naziri Viktor Orban

# 18 iyul 2025 00:13 (UTC +04:00)

Avropa Rusiyadan mümkün hücumla bağlı narahatlıq keçirməməlidir, çünki bunun üçün heç bir əsas yoxdur.

APA xəbər verir ki, bu fikirləri Macarıstanın Baş naziri Viktor Orban "Ultrahang" YouTube kanalına verdiyi müsahibədə səsləndirib.

“Ümumiyyətlə, Rusiyanın Qərbi Avropaya qarşı müharibəyə başlaması üçün məntiqli bir səbəb görmürəm”, – deyə Orban bildirib.

Macarıstan hökumət başçısı həmçinin vurğulayıb ki, Rusiya güclü nüvə dövlətidir, onu hərbi yolla məğlub etmək mümkün deyil.

Lakin buna baxmayaraq, ölkə əhali sayına, müdafiə xərclərinə və ümumi hərbi potensiala görə Avropa İttifaqı və NATO-dan geri qalır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR