Macarıstanın Baş naziri Viktor Orban NATO Baş katibi Yens Stoltenberqin Ukraynanın alyansa üzvlüyü ilə bağlı fikirlərinə bir sözlə reaksiya verib.
APA xəbər verir ki, Orban "Politico" nəşrinin "Alyans lideri müharibə dövründə ilk səfəri zamanı Ukraynaya sizin yeriniz NATO-dur deyib" başlıqlı xəbərini Tvitterdə "Nə?!" reaksiyası ilə paylaşıb.
Qeyd edək ki, Macarıstan bir çox NATO üzvü olan ölkələrdən fərqli olaraq Ukraynadakı müharibə səbəbilə Rusiya ilə əlaqələri kəsməkdən imtina edib. Orban fevral ayında çıxışı zamanı müharibənin iki slavyan ölkəsinin bir-birinə qarşı müharibəsi" kimi təsvir edib.
"Bu onların müharibəsidir, bizim yox", - deyə Orban əlavə edib.