Gürcüstanın iyul ayında turizmdən itkiləri 60 milyon dollara çatıb.
APA-nın yerli bürosu xəbərinə görə, Gürcüstanın Baş naziri Mamuka Baxtadze bildirib ki, ölkə rəhbərliyi turizmdə əvvəlki dinamikanın qaytarılmasına çalışır.
"Atdığımız addımlar turizm sektorunda artan dinamikaya mütləq qayıdacağımızı söyləməyə əsas verir", - deyə M. Baxtadze bildirib.