Bank Of Baku

Papuaşvili: Xarici fondlar Gürcüstanda siyasi missiya yerinə yetirə bilməz

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili

© APA | Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili

# 02 oktyabr 2026 13:18 (UTC +04:00)

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Almaniyanın Konrad Adenauer Fondunun Tbilisidəki ofisini bağlamasına münasibət bildirib.

APA-nın yerli bürosu xəbər verir ki, spiker Gürcüstan hökumətinin təşkilata fəaliyyət istiqamətlərindən siyasi layihələri çıxarmağı təklif etdiyini deyib.

O, fondun Gürcüstanda qeyri-siyasi fəaliyyətdə maraqlı olmadığını qeyd edib.

“Xarici partiya və fondların Gürcüstanda yerinə yetirməli olduğu hər hansı bir siyasi missiya yoxdur. Təsəvvür edin ki, “Gürcü Arzusu” Almaniyada siyasi fəaliyyət göstərməyə başlayıb. Almaniya hakimiyyətinin “Gürcü Arzusu”na Berlində və yaxud istənilən digər şəhərdə siyasi missiya reallaşdırmağa icazə verəcəyinə çox şübhə edirəm”, - deyə Şalva Papuaşvili əlavə edib.

Parlament sədri qeyd edib ki, gürcü xalqının Gürcüstanda donor fəaliyyəti ilə məşğul olan təşkilatlara inamı itib, çünki xarici maliyyələşdirmə ölkədə radikal siyasi gündəliyin təşviqi üçün istifadə olunur.

Qeyd edək ki, Almaniyanın konservativ Xristian-Demokratik İttifaqı partiyası ilə sıx bağlı olan Konrad Adenauer Fondu Tbilisidəki ofisinin bağlanması səbəbini Gürcüstan hökuməti tərəfindən müəyyən edilmiş siyasi və hüquqi mühitlə izah edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR