"Politico": Aİ səfirləri Rusiyaya qarşı 11-ci sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər

"Politico": Aİ səfirləri Rusiyaya qarşı 11-ci sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər
# 08 iyun 2023 11:35 (UTC +04:00)

Avropa İttifaqına üzv ölkələrin təmsilçiləri Rusiyaya qarşı növbəti sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər.

APA xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Nəşrin xəbərinə görə, Aİ səfirləri iyunun 7-də qapalı keçirilən müzakirələrdə Rusiya Federasiyasına qarşı 11-ci sanksiyalar paketinin layihəsi ilə bağlı razılığa gələ bilməyiblər.

Qeyd edək ki, daha əvvəl də "Politico" Aİ-dəki mənbələrinə istinadən bildirmişdi ki, Macarıstan və Yunanıstan sanksiyalar paketini təsdiqləmir. Bunun səbəbi isə Kiyevin "müharibə sponsorları" adlandırdığı, bir sıra Avropa şirkətlərinin (həmçinin Macarıstan və Yunanıstandan olan şirkətlər) də daxil olduğu özəl kompaniyaların siyahısını tərtib etməsi ilə bağlıdır. Budapeşt və Afina sanksiyalar paketi ilə razılaşmadan əvvəl bəzi şirkətlərin bu siyahıdan çıxarılmasını istəyir.

"Politico" nəşri bildirir ki, Macarıstan və Yunanıstan öz şirkətlərini Ukraynanın siyahısından çıxarmaq üçün sanksiyalar paketindən siyasi vasitə kimi istifadə edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR