Bank Of Baku

Polşa Belarusla sərhədə hərbi helikopterlər cəmləşdirib

Polşa Belarusla sərhədə hərbi helikopterlər cəmləşdirib
# 04 avqust 2023 04:17 (UTC +04:00)

Polşa Belarusla sərhədə döyüş helikopterləri yerləşdirib.

APA xəbər verir ki, bunu Polşa Silahlı Qüvvələri Baş Komandanlığının birinci müavini general Marek Sokolovski bildirib.

"1-ci Aviasiya Briqadası və 25-ci Hava Briqadasının helikopterləri yenidən qruplaşdırılıb. Artıq onların yerləşdiyi ərazilərin ilkin kəşfiyyatı aparılıb. Aviasiya sahəsində texniki brifinqlər keçirilib", - deyə M.Sokolovski qeyd edib.

Onun sözlərinə görə, helikopterlər döyüşə hazır vəziyyətdədir: “Onları tam uçuş lisenziyası olan təcrübəli pilotlar idarə edir. Narahatedici bir hadisə baş verərsə, silahdan istifadə etməkdən çəkinməzlər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR