Bank Of Baku

Polşa keçmiş nazir müavininə sığınacaq verdiyinə görə Macarıstan səfirini XİN-ə çağıracaq

Polşa keçmiş nazir müavininə sığınacaq verdiyinə görə Macarıstan səfirini XİN-ə çağıracaq
# 20 dekabr 2024 12:20 (UTC +04:00)


Polşa keçmiş ədliyyə nazirinin müavini Marçin Romanovskiyə sığınacaq vermək qərarına görə Macarıstanın səfirini XİN-ə çağırmağı planlaşdırır.

APA xəbər verir ki, bu barədə Polşa Xarici İşlər nazirliyinin saytında məlumat verilib.

XİN-in məlumatına görə, əgər Macarıstan Avropa çərçivəsindəki öhdəliklərinə riayət etməyə davam etməzsə, Polşa Avropa Komissiyasına Macarıstana qarşı tədbirlərə başlamaq üçün təzyiq göstərəcək və bu da regional siyasəti daha da mürəkkəbləşdirəcək.

Qeyd edək ki, dövlət vəsaitlərinin sui-istifadəsi ilə bağlı aparılan araşdırma zamanı saxlanılan Polşa ədliyyə nazirinin keçmiş müavini M. Romanovski iyulun ortalarında azadlığa buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR