“Azərbaycanın qovşaq rolunu oynaması Niderland tərəfindən yüksək qiymətləndirilir”.
APA xəbər verir ki, bunu Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, ölkəsi burada Niderland şirkətlərinin iştirakında maraqlıdır:
"Dəyişən dünyada bizə daha çox tərəfdaşlıq lazımdır. Niderland və Azərbaycan kimi ölkələrin dünyada eyni mövqeyi bölüşən dövlətlərlə əməkdaşlıq etməsi və bununla da mövqelərimizi gücləndirməsi vacibdir. Həqiqətən də, Azərbaycanın coğrafi mövqeyi və regional mərkəz rolunu oynamaq potensialı Niderland tərəfindən yüksək qiymətləndirilir. Biz Niderland şirkətləri və bilik mübadiləsi üzrə mütəxəssislərlə birlikdə bu potensialın reallaşdırılmasına töhfə vermək istəyirik".