Bank Of Baku

Polşa MN: Hərbçilərə hava məkanını pozan bütün obyektləri vurmaq hüququ verilib

Polşanın müdafiə nazirinin müavini Sezari Tomçik

© APA | Polşanın müdafiə nazirinin müavini Sezari Tomçik

# 14 sentyabr 2026 16:57 (UTC +04:00)

Polşa hərbçiləri ölkənin hava məkanını pozan bütün obyektləri vurmaq hüququna malikdir.

Bunu Polşanın müdafiə nazirinin müavini Sezari Tomçik TVN24 telekanalının efirində deyib.

Onun sözlərinə görə, belə hallarda Polşa Operativ Komandanlığının rəhbəri hər dəfə əvvəlcədən icazə verilməsi barədə əmr imzalayır.

“Polşa Operativ Komandanlığının rəhbəri hər dəfə belə vəziyyətlərdə əvvəlcədən icazə əmri verir ki, “Patriot” kimi raketdən müdafiə sistemlərimiz və hərbi pilotlarımız hazır vəziyyətdə olsun və dövlət sərhədləri daxilinə müdaxilə baş verdiyi zaman silahdan istifadə edə bilsinlər”, – Tomçik vurğulayıb.

O qeyd edib ki, mexanizm Polşa hava məkanının pozulması halında hərbçilərin operativ şəkildə müdaxilə etməsinə imkan verir.

Xatırladaq ki, Polşada Rusiyaya məxsus olduğu ehtimal edilən PUA tapılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR