Polşa daxili işlər nazirinin müavini Maçey Vonsik Belarusla sərhədin tamamilə bağlanmasını təklif edib.
APA-nın məlumatına görə, o, bu barədə fevralın 27-də Polşa İctimai Radiosunun efirində bildirib.
Vonsikin sözlərinə görə, Varşava növbəti addımlara hazırdır, lakin bunlar Belarusun addımlarına reaksiya kimi qəbul ediləcək.