Polşanın döyüş helikopterlərinin pilotları Belarusla sərhəddə silahdan istifadə etməyə hazırdırlar.
APA TVP Info-ya istinadən xəbər verir ki, bunu Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general Marek Sokolovski müdafiə naziri Mariuş Blaşçakla görüşdə bildirib.
Onun sözlərinə görə, dünən Polşa Hərbi Hava Qüvvələrinin döyüş helikopterləri Polşa-Belarus sərhədi ərazisinə yerləşdirilib.