Bank Of Baku

Qeniçesk şəhəri Xerson vilayətinin müvəqqəti paytaxtı seçilib

Qeniçesk şəhəri Xerson vilayətinin müvəqqəti paytaxtı seçilib
# 12 noyabr 2022 13:40 (UTC +04:00)

Ukraynanın Qeniçesk şəhəri Xerson vilayətinin müvəqqəti paytaxtı seçilib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə vilayət administrasiyasının nümayəndəsi Aleksandr Fomin bildirib.

Buna səbəb kimi əsas dövlət orqanlarının həmin şəhərdə yerləşməsi göstərilib.

Rusiya Silahlı Qüvvələri bu ilin 27 fevralında Qeniçesk şəhərini nəzarətə götürmüşdü. Bu şəhər Azov dənizi sahilində yerləşir, dəniz limanı və kurort kimi tanınır.

Xatırladaq ki, noyabrın 9-da xüsusi hərbi əməliyyatlar keçirilən ərazinin komandanı Sergey Surovikinin təklifinə əsasən, Rusiya müdafiə naziri Sergey Şoyqu ordu birləşmələrinin Xerson vilayətində Dnepr çayının sağ sahilindən köçürülməsi əmrini verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR