Ukrayna ABŞ-la təhlükəsizlik zəmanətləri üzrə ikitərəfli sənədə dair danışıqların gələn həftə başlayacağını gözləyir.
APA-nın məlumatına görə, bu barədə Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak özünün Telegram kanalında bildirib.
"Ukrayna gələn həftədən etibarən ABŞ-la təhlükəsizlik zəmanətlərinin verilməsinə dair ikitərəfli saziş üzrə danışıqlara başlayacaq. Bu təminatlar Ukraynanın təhlükəsizliyin ən etibarlı təminatı olan NATO-ya daxil olana qədər qüvvədə olacaq", - o yazıb.
Yermak həmçinin bildirib ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri konkret və uzunmüddətli öhdəlikləri, müdafiə və maliyyə dəstəyini, eləcə də sanksiyaları ehtiva edir.