Bank Of Baku

Reznikov müharibənin əvvəlində Qərbin Ukraynaya məhdud yardım etdiyini deyib

Reznikov müharibənin əvvəlində Qərbin Ukraynaya məhdud yardım etdiyini deyib
# 13 iyun 2023 16:57 (UTC +04:00)

Ukraynanın müdafiə naziri Aleksey Reznikov Rusiyanın hücuma başlanmasından sonra ilk vaxtlarda Qərbin Ukraynaya silahı məhdud sayda verdiyini bildirib.

APA xəbər verir ki, o bunu "Foreign Affairs magazine" jurnalına müsahibəsində deyib.

"Biz Qərbə Ukraynaya “Stinger” daşınabilən zenit-raket kompleksləri verilə biləcəyini soruşduqda, dedilər ki, xeyr, müharibə bitənə qədər bacardığınız qədər daha çox rus hərbçisi öldürə bilmək üçün səngərlər qazın”, - Reznikov bildirib.

O buna rəğmən Ukraynanın müqavimət göstərdiyini gördükcə, ABŞ, NATO müttəfiqləri və digər ölkələrin Ukraynaya hərbi yardımı artırdığını söyləyib.

Xatırladaq ki, 8 iyunda Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Ukrayna rəhbərliyinin Rusiya ilə münaqişəni həll etməyə hazır olduğunu, lakin ABŞ-ın təzyiqi səbəbindən bundan imtina etdiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR